22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada düyü böhranı

09-09-2024
IMG

Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub. Bazar rəfləri kifayət qədər ehtiyat olmadığı üçün boş qalıb. Bəzi bazarlar da hər bir müştəriyə məhdudiyyət qoyub. Beləliklə, əsas qida kimi düyü istehlak edilən Yaponiyada ərzaq böhranı baş verib.

 Keçən ay ölkəni vuran 7,1 bal gücündə zəlzələ və “Şanşan” qasırğasından sonra meydana gələn birja tendensiyası və turist bumunun gətirdiyi əlavə istehlak və bumun mənfi təsiri nəticəsində ölkədə düyü tapmaq çətinləşib. Bir çox marketdə düyü rəfləri boş qalarkən, piştaxtalara “Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz” xəbərdarlığı asılıb. Bəzi bazarlar hər müştəriyə görə düyü üçün satış limiti qoyub.

Paylaş: