Yaponiyada dünyada ilk dəfə canlı donorlardan eyni vaxtda ağciyər və qaraciyər transplantasiyası həyata keçirilib
Yapon həkimlər dünyada ilk dəfə canlı donorlardan həm ağ, həm də qaraciyərlərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər.
Fhnews.az Kyoto Universitet Xəstəxanasına istinadla xəbər verir ki, 18 saat davam edən əməliyyat noyabrda aparılıb və xəstə martın əvvəlində evə buraxılıb.
Xəstə 10 yaşlı uşaq olub. Onda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik aşkarlanıb. Bu xəstəliyin simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişafıdır. Donorlar valideynlər və babası olub. Valideynlərdən ağciyərlərin sağ və sol hissələri, babadan isə qaraciyərin bir hissəsi götürülüb.
Bildirilib ki, həm xəstə, həm də donorlar özlərini normal hiss edirlər və həkim nəzarətinə ehtiyac duymurlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...