Yaponiyada daşqın təhlükəsi səbəbindən təxminən 50 min insan üçün təxliyə əmri verilib
Yaponiyada meteoroloqlar şiddətli yağışın daşqınlara səbəb olacağını proqnozlaşdırdıqları üçün dörd şəhərdə təxminən 50 min insan üçün kütləvi təxliyə əmri verilib.
Yaponiya Meteorologiya Agentliyi bəzi ərazilər üçün güclü yağışla bağlı "ən yüksək səviyyəli fövqəladə vəziyyət" xəbərdarlığı edib.BBC-nin məlumatına görə, ölkənin ortasındakı 4 şəhərdə gözlənilən daşqınların insan həyatına ciddi təsir edəcəyi ilə bağlı proqnozlar ehtiyat tədbirləri görməyə sövq edib.
Meteoroloqların böyük daşqın gözlədiyi Noto yarımadasındakı Vacima şəhərində təxminən 18 min, Suzuda isə 12 min insanın təxliyəsi qərara alınıb.Bundan əlavə, İşikava əyalətinin şimalındakı Niiqata və Yamaqata prefekturalarında yaşayan 16 min nəfər üçün təxliyə əmri verilib.
Bildirilib ki, ölkə ərazisində yağan yağışlar nəticəsində 12 çay məcrasından çıxıb. Bəzi küçələrin tamamilə su altında qaldığını göstərən görüntülər mediada öz əksini tapıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...