Yaponiyada baş verən zəlzələ sahil ərazilərdə ciddi dəyişikliyə səbəb olub
Yanvarın 1-i Yaponiyada 7,6 bal gücündə baş verən zəlzələ quru ərazinin əhəmiyyətli şəkildə qalxmasına səbəb olub, bəzi yerlərdə dəniz sahildən 250 metr aralanıb.
Fhnews.az xəbər verir ki, peyk məlumatlarının təhlili sahəsində fransalı müstəqil ekspert Nahel Belgerze təbii fəlakətdən əvvəl və sonra həmin ərazinin kosmosdan çəkilmiş fotolarını araşdırıb. Mütəxəssis “X” sosial şəbəkəsindəki səhifəsində həmin fotoları paylaşıb.
Sahil ərazilər əsasən Yaponiyanın Hönsü adasının mərkəzi hissəsindəki Noto yarımadasında qalxıb. Baş verən hadisə nəticəsində bəzi körpülərin su ilə əlaqəsi kəsilib və qayıqlar üçün əlçatmaz olub. Belgerzenin bu qənaətini Tokio Universitetinin mütəxəssisləri də təsdiqləyiblər. Onlar qeyd ediblər ki, zəlzələ səbəbindən Kayso və Akasaki yaşayış məntəqələri arasındakı ərazidə seysmik yüksəliş olan 10 yer aşkarlayıblar. Tədqiqatçıların məlumatına görə, yeraltı təkan 4 metrdən artıq hündürlükdə sunami əmələ gətirərək, Akasaki limanını əhatə edib.
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) “ALOS-2” təkmilləşdirilmiş müşahidə peyki də zəlzələ nəticəsində sahilin yüksəldiyini təsdiqləyib. Yaponiyanın Geoməkan Məlumatları İdarəsinin məlumatına görə, peyk şəkilləri sahil xəttinin bir neçə rayonda dənizə tərəf sürüşdüyünü göstərir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...