22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada əhalinin sayı azalmaqda davam edir

24-07-2024
IMG

Yaponiyanın ümumi əhalisi keçən il yarım milyondan çox azalıb. Yaponiya Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya görə, 2023-cü  ildə doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb. Keçən il ölənlərin sayı 1,58 milyon olub.

2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.Hazırda əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər əsasən 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.

2024-cü il büdcəsinin bir hissəsi olaraq, hökumət gənc cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün 34 milyard dollar ayırıb. Sorğular göstərir ki, gənc yaponlar getdikcə daha çox evlənmək və ya uşaq sahibi olmaq istəmirlər.

Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı, hər 10 nəfərdən dördünün 65 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.

Paylaş: