Yaponiyada 120 saatdan çox dağıntılar altında qalmış şəxs aşkar edilib
Yaponiya xilasediciləri bir sıra güclü zəlzələlər nəticəsində dağılmış evin dağıntıları altında sağ adam aşkar edib.
Fovqaladexeberler.az TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Hazırda Fövqəladə Hallar Xidməti və polis onun xilas edilməsi üçün çalışır. Həmin şəxsin yaşı və cinsi göstərilməsə də, xilasedicilər onun nəbzinin olduğunu təsdiqləyib.
Bu, yanvarın 4-dən bəri Yaponiya Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının dağıntılar altından sağ çıxara bildiyi ilk insandır. İki gün əvvəl yaşlı qadın öz evinin dağıntıları altında 72 saatdan çox vaxt keçirdikdən sonra xilas edilmişdi.
Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada zəlzələ nəticəsində 126 nəfər ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...