22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya və Kamboca Ukraynada minaların təmizlənməsinə kömək edəcək

07-07-2024
IMG

Yaponiya və Kamboca Ukraynada minatəmizləmə üzrə bilik və texnologiya mübadiləsi üçün layihə yaradıblar.

Fhnews.az  "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kambocanın Minalardan Təmizləmə Mərkəzinə səfəri zamanı bildirib.

Agentliyin məlumatına görə, bu mərkəz 1990-cı illərdə Kambocada onilliklərlə davam edən vətəndaş müharibəsinin sonunda yaradılıb. Mərkəz müharibə dövründə basdırılmış 4-6 milyon mina və digər partlamamış hərbi sursatları təmizləyir.

Y.Kamikava Yaponiyanın minalardan təmizləmə sahəsində ölkəsi ilə ardıcıl əməkdaşlıq etdiyini qeyd edib.

O, Kambocanın hazırda minalardan təmizləmə sahəsində dünyada aparıcı yerlərdən birini tutduğunu deyib.

Qeyd edək ki, 2022-ci ildən Ukrayna istehkamçıları Kambocada təlim keçməyə başlayıblar.

Paylaş: