22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya şirkətləri Qırmızı dənizdə daşımaları dayandırıb

17-01-2024

Yaponiya gəmiçilik şirkətləri Qırmızı dənizdə gərginlik səbəbindən daşımaları dayandırıb.

Fhnews.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daha əvvəl qeyd edilib ki, bu qərarı nəqliyyat şirkəti “Nippon Yusen” verib.

Bildirilib ki, Yaponiyanın digər iki iri daşıyıcı şirkəti “Mitsui O.S.K. Lines” (MOL) və “Kawasaki Kisen” Qırmızı dənizdəki bütün daşımaları müvəqqəti dayandırmaq qərarına gəlib.

Qeyd edilib ki, indiyədək həmin üç şirkət belə bir məhdudiyyəti yalnız İsraillə əlaqəli gəmilər üçün tətbiq edib, indi isə bu, bütün gəmilərə şamil olunacaq.

Vurğulanıb ki, gəmilər digər marşrutlar üzrə, xüsusən Ümid burnu vasitəsilə göndəriləcək, lakin bu, daşıma xərclərinin artmasına səbəb olacaq.

 
Paylaş: