22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya sahillərində 5 maqnitudada zəlzələ baş verib

23-06-2024
IMG

Yaponiyanın Honsü adası sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 357 min nəfər əhalisi olan İvaki şəhərindən (Fukusima prefekturası) 21 km şimal-şərqdə, zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Paylaş: