22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya NATO-ya 37 milyon dollar yardım vəd edib

07-01-2024

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Ukraynaya səfəri zamanı NATO fonduna 37 milyon dollar yardım edəcəyinə söz verib.” Kyodo News”un məlumatına görə, Kamikava Kiyevə səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə mətbuat konfransı keçirib.

Kamikava açıqlamasında Ukraynaya dəstək vermək üçün NATO fonduna 37 milyon dollar ayıracağını vəd edib. O, yardım çərçivəsində təmin ediləcək pilotsuz hava vasitəsi aşkarlama sisteminə əlavə olaraq, sərt qış şəraitində kömək etmək üçün Ukraynaya 5 mobil qaz turbinli elektrik generatorunun veriləcəyini də bildirib.

Kamikava həmçinin Ukraynaya sığınacaqların tikintisi, qadın və uşaqlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı köməklik edəcəyinə söz verib.

Paylaş: