Yaponiya müşahidə peyki daşıyan H2A raketini kosmosa buraxıb
Yaponiya yerüstü şəraiti və milli təhlükəsizliyi izləmək üçün nəzərdə tutulmuş müşahidə peykini H2A raketi ilə kosmosa uğurla buraxıb.
“Kyodo News”un məlumatına görə, “Mitsubishi Heavy Industries”dən verilən açıqlamada, müşahidə peykini daşıyan 49 nömrəli H2A raketinin Kaqoşima prefekturasındakı Taneqaşima adasındakı kosmos mərkəzindən uğurla buraxıldığı bildirilib.
Müşahidə peykinin yer vəziyyətini kosmosdan izləyəcəyi və böyük miqyaslı fəlakətlərdən sonra zərərin qiymətləndirilməsi və milli təhlükəsizlik üçün istifadə ediləcəyi açıqlanıb.
Müşahidə peykinin daha əvvəl göndərilməsi nəzərdə tutulmuşdu, lakin əlverişsiz hava şəraiti səbəbindən buraxılış iki dəfə təxirə salınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...