Yaponiya Fukuşima AES-i təmizləmək istəyir
Fukuşima AES-in sunami nəticəsində məhv olmuş reaktorunun daxilinə yaxın günlərdə zond göndəriləcək.
Fhnews.az “Figaro”ya istinadla xəbər verir ki, məqsəd nüvə yanacağı qalıqlarından nümunə götürməkdir. Robot tipli zondun reaktora göndərilməsi və geri qayıtması bir həftədən çox vaxt aparacaq. Məqsəd reaktorun daxilində şüalanma səviyyəsini müəyyən etməkdir.
AES-in istismarı ilə məşğul olan TEPCO şirkəti bildirib ki, sunami zamanı sıradan çıxmış reaktorların daxilində 800 tondan çox radioaktiv tullantı mövcuddur. Nümunələrin təhlilindən sonra reaktorların təhlükəsiz şəkildə utilizasiyasına qərar veriləcək.
Reaktorların daxilində radioaktiv fon çox yüksək olduğu üçün bura daxil olmağa xüsusi robotlar hazırlanıb. Ekspertlərin qənaətinə görə, stansiyadakı qəzanın nəticələrinin aradan qaldırılmasına bir neçə onillik vaxt lazımdır.
Qeyd edək ki, 2011-ci il martın 11-də sunami nəticəsində Fukuşima AES-in soyutma sistemi sıradan çıxıb və 6 reaktordan 3-ü əriyib. Bu, Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...