Yaponiya Çin gəmisinin öz ərazi sularına daxil olmasına etiraz edib
Yaponiya Çin tədqiqat gəmisinin Kaqosima prefekturasının yaxınlığındakı ərazi sularına daxil olmasına etiraz etdiyini bildirib.Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada yerli vaxtla səhər saat 06:00-da Çin tədqiqat gəmisinin ölkənin ərazi sularına daxil olduğu bildirilib.
Açıqlamada gəminin Kaqoşima bölgəsi yaxınlığındakı ərazi sularına girməsi ilə bağlı "Yaponiya öz ərazisini və sularını müdafiə edəcək" ifadəsi işlədilib.
Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada hadisədən sonra diplomatik kanallarla Çinin Tokiodakı səfirliyinə etiraz edildiyi bildirilib.
Yaponiya Müdafiə Nazirliyinin avqustun 26-da verdiyi açıqlamada Çin ordusuna məxsus "Y-9" tipli hərbi təyyarənin Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiya hava məkanına daxil olduğu bildirilib.Tokio rəhbərliyi Çin hərbi təyyarəsinin ilk dəfə hava məkanını pozduğunu açıqlayıb.
Yapon döyüş təyyarələrinin təyyarəyə cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt hava məkanını tərk etdiyi qeyd edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...