Yapon zəlzələ mütəxəssisi Yoshinori Morivakidən Hatayda üfüqi memarlıq təklifi
Məhşur inşaat mühəndisi və zəlzələ mütəxəssisi Yoshinori Morivaki Hatayda tikiləcək yaşayış evlərinin üfüqi arxitekturaya uyğun olmasının önəmli olduğunu söyləyib. O, jurnalistlərə verdiyi açıqlamasında, 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraşda olan zəlzələlərin yeni ilin ilk günündə Yaponiyada baş verən zəlzələ ilə eyni şiddətdə olduğunu bildirib.
Qanunsuz tikintilərin qarşısının alınmasının vacibliyini vurğulayan Morivaki fəlakətlərə qarşı təlimlərin məcburi olmasının lazım olduğunu deyərək zəlzələlərin Hatayda böyük dağıntılara səbəb olduğuna diqqət çəkib. Morivaki Hatayda tikiləcək evlərin 4 mərtəbədən çox olmamasının əhəmiyyətinə toxunaraq deyib ki, bundan sonra yüksək ərazilərdə tikinti aparılmalıdır. Şəhərdəki binalar üfüqi arxitekturaya uyğun olaraq 2-3 mərtəbəli tikilsə daha yaxşı olar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...