Yanvar-iyun aylarında TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 12 milyona yaxın müraciət qeydə alınıb
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrinə 2024-cü ilin ilk altı ayı üzrə ümumilikdə 11 milyon 974 min 317 müraciət qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bunlardan 301 min 684 müraciət stasionar, 11 milyon 672 min 633 müraciət ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 30 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 13 faiz artıb.
Bu ilin ilk altı ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, yanvar-iyun aylarında 39 milyon 592 min 948 tibbi xidmət (5 milyon 731 min 350 stasionar, 33 milyon 861 min 598 ambulator tibbi xidmət olmaqla) göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 68 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 29 faiz çox olub.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də kifayət qədər artım qeyd alınıb. Bu ilin yanvar-iyun aylarında 15 milyon 899 min 692 laborator müayinə aparılıb ki, onların da 2 milyon 647 min 420-si stasionar, 13 milyon 252 min 272-si ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 134 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 51 faiz artıb.
Cərrahi əməliyyat və proseduralarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. 2024-cü ilin birinci yarısında 180 min 681 cərrahi əməliyyat və prosedur (165 min 477 stasionar, 15 min 204 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və proseduralar 2022-ci ilin yanvar-iyun ayları üzrə 22 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 11 faiz çoxdur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...