Yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 1 milyard 456 milyon manat ödənilib
Sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 1 milyard 456 milyon manat ödənilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 156,8 milyon manat və ya 12,1 faiz çoxdur.
Qeyd edək ki, sosial ödənişlərin artırılması sahəsində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...