Yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib
Həmin dövrdə “142” Çağrı mərkəzi tərəfindən 290 min vətəndaş müraciəti cavablandırılıb
Bu ilin yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq ötən il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzi açılıb. Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Ümumilikdə ötən dövrdə DOST mərkəzlərində 2,1 milyon vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.
Bu ilin iki ayında “142” Çağrı mərkəzi tərəfindən isə 290 min vətəndaş müraciəti cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...