Yanvar ayında İspaniyada termometrlər 27 dərəcəni göstərib
İspaniyada xüsusilə yanvarın ikinci yarısından etibarən artan temperatur mövsüm normalarını aşaraq rekordlar qırıb. Milli Meteorologiya İnstitutunun açıqladığı məlumatlara görə, yanvar ayı ərzində ölkə üzrə 90-dan çox yerdə temperatur rekordları qırılıb. Son iki gündə ölkənin demək olar ki, ölkənin cənubunda mövsümi normadan yüksək olan havanın temperaturu 20 dərəcəni keçib.
Temperatur Albasete, Palma de Mayorka və Badaxos şəhərlərində 21 dərəcəyə, Kordoba, Huelva və Almeriyada 23, Valensiyada 25, Mursiyada isə 27 dərəcəyə çatıb. Fevral və mart aylarında havanın temperaturunun mövsüm normalarının üzərində olacağı təxmin edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...