Yəməndə miqrantları daşıyan qayıq çevrilib, 13 nəfər ölüb
Yəməndə miqrantları daşıyan qayığın Taiz sahillərində batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Qeyd olunub ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Dubab rayonunda Əl-Şura yaxınlığındakı Bab əl-Məndeb sahillərində tapılıb.
BMqT-nin Yəməndəki missiyasının rəhbərinin müavini Mett Huber vurğulayıb ki, son faciə miqrantların bu marşrutda üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...