Yəməndə 6 ayda 63 min vəbaya yoluxma faktı hadisəsi qeydə alınıb
Sərhədsiz Həkimlər Təşkilatı 2024-cü ilin əvvəlindən Yəməndə 63 mindən çox vəba xəstəliyinin müşahidə edildiyini açıqlayıb. Açıqlamada Yəmənin 20 şəhərində vəba xəstəliyində ciddi artım olduğu bildirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ilin əvvəlindən mayın 31-dək ölkədə 63 mindən çox vəbaya yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, təxminən 10 ildir davam edən vətəndaş müharibəsi səbəbindən Yəmən humanitar şərait və səhiyyə baxımından dünyanın ən pis böhranlarından birini yaşamağa davam edir. Müharibə səbəbiylə ölkədə bir çox epidemik xəstəlik yayılsa da, 2024-cü ilin əvvəlindən vəba xəstəliyinə yoluxmalarda ciddi artım müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Yəməndə səhiyyə müəssisələrinin yalnız 51 faizi tam, 36 faizi isə məhdud xidmət göstərir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...