Yakutiyada təbii yanğınların sahəsi 936 min hektarı keçib
Yakutiya ərazisində yanğınların əhatə etdiyi ərazi 936 min hektarı keçib.
Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (RF FHN) Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
“Aviameşəmühafizə” xidmətindən verilən operativ məlumatlara əsasən, respublika ərazisində 165 təbiət yanğını mövcuddur. Yanğının söndürülməsinə RF FHN-in bütün qarşılıqlı fəaliyyət göstərən strukturlarından 1832 əməkdaş və 157 avadanlıq cəlb edilib.
İdarənin əsas səyləri yaşayış məntəqələrinin qorunmasına, habelə yanğının söndürülməsində iştirak edən qüvvə və vasitələrin əlaqələndirilməsinə yönəlib.
Ötən gün yanğınlar səbəbindən havada kimyəvi maddələrin icazə verilən maksimum konsentrasiyasının artıqlığı qeydə alınıb.
Yakutiya ölkənin ən təhlükəli bölgələrindən biridir. Respublikada meşələrin ümumi sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi). İyunun 11-də meşə yanğınları səbəbindən ərazidə regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq olunub, iyunun 26-da Yakutiya ərazisində xüsusi yanğın rejimi yaradılıb, iyulun 1-də isə federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...