22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yakutiyada təbii yanğınların sahəsi 615 min hektara çatıb

11-07-2024
IMG

Yakutiya Respublikası ərazisində 139 təbiət yanğını qeydə alınıb. Burada yanğınların əhatə etdiyi ərazilərin sahəsi 615 min hektarı ötüb.

Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (RF FHN) Regional Baş İdarəsinin məlumatına görə, sutka ərzində 1297 hektar ərazidə 8 təbiət yanğını aradan qaldırılıb.

Yanğının söndürülməsinə RF FHN-in bütün qarşılıqlı fəaliyyət göstərən strukturlarından 1860 nəfər və 134 ədəd avadanlıq cəlb edilib. Yaşayış məntəqələrində qurumun xüsusi nəzarətində olan 10 təbiət yanğını mövcuddur.

Yakutiya ölkənin ən təhlükəli bölgələrindən biridir. Respublikada meşələrin ümumi sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi). İyunun 11-də burada meşə yanğınları səbəbindən regional xarakterli meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Həmçinin iyunun 26-da Yakutiya ərazisində xüsusi yanğın rejimi, iyulun 1-də federal xarakterli fövqəladə vəziyyət rejimi elan edilib.

Paylaş: