22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

17-07-2024
IMG

Yakutiyada yaz daşqınları nəticəsində zərər çəkənlərin sayı təxminən 4,8 min nəfər təşkil edir.

Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu regionun rəhbəri Aysen Nikolaev “Rossiya-24” telekanalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq 229 milyon rubldan çox maddi və maliyyə yardımı kompensasiya məqsədilə vətəndaşların hesablarına köçürülüb. Ümumilikdə birdəfəlik maddi və maliyyə yardımı almaq üçün 9 mindən çox ərizə daxil olub.

Yaz daşqınları bölgə üçün əsas problemlərdən biri sayılır. Mayın 20-dən etibarən Yakutiyada fövqəladə vəziyyət rejimi elan edilib. Zərərin ilkin məbləği 2,9 milyard rubl təşkil edir.

Paylaş: