Yağışlı hava şəraiti ilə bağlı yol polisi hərəkət iştirakçılarına müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkənin əksər bölgələrində, o cümlədən Bakı və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Fhnews.az xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.
Belə ki, BDYPİ xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi əməl etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.
“Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”, - deyə müraciətdə bildirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...