Yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 16-dək gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda bəzi magistral yolların buz bağlaması ehtimalı var.
Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, yağıntıların yanvarın 15-i səhər saatlarından tədricən kəsiləcəyi gözlənilir. Belə ki, yanvarın 15-i gündüz Bakıda və Abşeron yarımadasında və bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...