Xorvatiyada leysan yağışlar həyatı iflic edib
Güclü yağışlar Xorvatiyanın cənubunda təsirli olub. Ölkənin cənubunda yerləşən tarixi Dubrovnik şəhərində cəmi 2 saat ərzində orta aylıq yağış yağarkən, açıq kanalizasiya çuxuruna düşən uşaq yüngül xəsarət alıb. Drenaj sistemi qısa müddətdə böyük miqdarda suyu daşıya bilmədiyi üçün şəhərin böyük bir hissəsi su altında qalıb. Daşqınların baş verdiyi şəhərdə bir çox avtomobilə ziyan dəyib.
Xorvatiyanın ikinci böyük şəhəri Splitdə və ətrafındakı yollarda da daşqınlar baş verib. Şəhərin demək olar ki, bütün əsas yollarında tıxac yaranıb.Həddindən artıq yağış səbəbiylə şəhər su altında qalıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...