Xocavənddə baş verən partlayışda xəsarət alan şəxsin 3 barmağı amputasiya olunub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti fevralın 10-da Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.
Agentlikdən daxil olan məlumatda deyilir, ki arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb. Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...