22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Xızı-Abşeron" KES üçün külək turbinlərinin ilk komponentləri Azərbaycana çatdırılıb

28-08-2024
IMG

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycana gətirilən yeni nəsil külək turbinlərinin ilk komponentləri Bakı Gəmiqayırma Zavoduna çatdırılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən məlumat yayıb.

Bildirilib ki, külək turbinlərinin komponentləri Bakı Gəmiqayırma Zavodunun müvəqqəti anbar ərazisinə boşaldılaraq, növbəti mərhələdə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına quraşdırılma üçün daşınıb tədarük olunacaq.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.

Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.

Paylaş: