XIX əsrdə batan sirli yelkənli gəmi Kanada sahillərində peyda oldu
Kanadada XIX əsrdə batan gəminin müəmmalı qalıqları Nyufaundlend əyalətində sahilə çıxıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, gəminin qalıqlarını 21 yaşlı Qordon Blekmor quş ovu zamanı aşkar edib. Bir çox turistlər və yerli sakinlər köhnə gəminin qalıqlarına baxmaq üçün Keyp-Rey kəndinə axın etməyə başlayıblar.
Nyufaundlendin Qəzaya uğramış gəmilərin mühafizəsi cəmiyyətinin prezidenti Nil Bercess yelkənli qayığın 1800-cü illərdə tikildiyini təxmin edib. Gəminin aşkar edilən hissəsinin uzunluğu 24 metrə çatır.
Bercess dağıntıların keçən il ərazini ağuşuna alan Feona fırtınasının dəniz dibindən çıxara biləcəyinə dair fərziyyəni irəli sürüb. Qasırğa bir çox evi dağıdıb və sahil xəttini dəyişib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...