Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb
Cari ildə Xəzər dənizinin şimal-şərq hissəsində (Atırau vilayəti) suyun səviyyəsi 119 sm artıb.
Fhnews.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Su Resursları və Suvarma Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunub ki, dəniz səviyyəsinin qalxmasına aprel-may aylarında Jayıq çayı vasitəsilə Xəzərə bol daşqın suyunun daxil olması və nazirliklə yerli icra orqanlarının birgə çəkdiyi əlavə kanallar təsir göstərib.
“Daşqınlar zamanı Jayıq çayı vasitəsilə Xəzər dənizinə təxminən 7,4 milyard kubmetr su daxil olub. Daşqın suyunu dənizə yönəltmək üçün “Kazvodxoz”un Atırau vilayəti üzrə filialı əlavə kanallardan istifadə edib. Bu kanallar vasitəsilə Xəzərə 350 milyon kubmetr su daxil olub”, - deyə Qazaxıstanın Su Resursları və Suvarma Nazirliyinin mətbuat xidməti məlumat verir.
Bildirilib ki, Xəzər dənizində suyun səviyyəsinin əhəmiyyətli artımı müxtəlif qurumlar və idarəetmə orqanları arasında su ehtiyatlarının səmərəli istifadəsi və daşqınların mənfi nəticələrinin qarşısının alınması üçün koordinasiyanın vacibliyini nümayiş etdirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...