22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur

28-09-2024
IMG

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.

Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır:

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir."

Paylaş: