22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işini davam etdirir

10-09-2024
IMG

Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 10-da öz işini davam etdirir.

Fhnews.az xəbər verir ki, forumun ikinci günündə “Məlumat elminin (data science) inkişafi Azərbaycanda prioritet sahələrdən biri ola bilər”, “Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu”, “1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası”, “Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma”, “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar”, “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” və “DAAB-ın virtual məkanda fəaliyyəti” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin sessiyalar təşkil ediləcək. Bu sessiyalarda elm sahələri üzrə qruplaşdırılmış iştirakçılar əvvəlki sessiyada müəyyən edilmiş prioritet mövzuları və ali məktəb rəhbərlərinin məruzələrində toxunulmuş məsələləri nəzərə alaraq DAAB-ın strateji planlarının hazırlanması üzərində beyin fırtınası üsulu ilə işləyəcəklər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə reallaşan tədbirə sentyabrın 11-də yekun vurulacaq.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Tədbir iştirakçıları forum çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

Paylaş: