22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var
 

25-06-2024
IMG

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan Muxtar Respublikası, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9° enəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Paylaş: