Vyetnamın şimal-şərq bölgəsində rekord miqdarda yağıntı qeydə alınıb
Vyetnamın şimal-şərq bölgəsinin bir çox ərazilərində may və iyun aylarında rekord miqdarda yağıntı qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Vyetnam Milli Hidrometeorologiya Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.
Mərkəzin hava proqnozu şöbəsindən bildirilib ki, Quanq Ninh əyalətinin bəzi ərazilərində yağıntının miqdarı 307-367 millimetr arasında qeydə alınıb.
Məlumatda qeyd olunub ki, may ayında Vyetnamda yağıntıların ümumi miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 20-60 faiz çox olub.
İyulun əvvəlində tayfunların güclənəcəyi proqnozlaşdırılır. Mərkəzdən verilən məlumata görə, leysan yağış, tufan, dolu və güclü külək yerli yaşayış vasitələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...