Vyetnamda son dörd gündə yol qəzalarında 124 nəfər həlak olub
Vyetnamda dördgünlük “Milli Gün” bayramı ərəfəsində baş verən yol qəzaları nəticəsində 124 nəfər ölüb, 193 nəfər yaralanıb.
Fhnews.az “VnExpress International” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Yol Hərəkəti Təhlükəsizliyi Komitəsi məlumat yayıb. Bildirilib ki, ümumilikdə 257 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ötən ilin bayramı ilə müqayisədə qəzaların sayı müvafiq olaraq 9,82 faiz azalıb, xəsarət alanların sayı isə 2,66 faiz artıb.
Komitədən verilən məlumata görə, qeyd olunan dövr ərzində ölkə üzrə polis 60 min 371 qanun pozuntusu ilə bağlı sanksiya tətbiq edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 894 fakt çoxdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...