Vyetnamda qasırğa qurbanlarının sayı 59 nəfərə çatıb
Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, VnExpress internet nəşrinin bu gün yaydığı məlumata görə, ən çox zərər ölkənin şimal-şərqindəki Quanqnin əyalətinə dəyib.
Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub. Bundan əlavə, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb. Hazırda tayfun zəifləsə də, meteoroloqlar ölkənin 25 şimal əyalətindən 17-də torpaq sürüşməsi riskinin qaldığı barədə xəbərdarlıq edirlər.
“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...