Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb
Vyetnamın şimalında "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yüzlərlə insan isə itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Associated Press agentliyi çərşənbə günü məlumat yayıb.
Bildirilir ki, “Yagi” ölkənin şimalında güclü daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Meteoroloqların məlumatına görə, leysan yağışlar oktyabrın 12-dək davam edəcək.
Təbii fəlakət 110 min hektardan çox yaxın çəltik plantasiyalarını su altında qoyub. Həmçinin minlərlə ağac kökündən qopub, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb.
“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...