22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 87 nəfərə yüksəlib

10-09-2024
IMG

Vyetnamın şimalında “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.

Fhnews.az xəbər verir ki, VnExpress internet nəşrinin bu gün yaydığı məlumata görə, Vyetnamın şimal əyalətlərinin daha 70 sakini itkin düşüb.

Şiddətli qasırğa ölkənin şimalında daşqın və torpaq sürüşmələrinə səbəb olub. Son üç gündə 25 şimal əyalətinə 20-40 santimetr yağış yağıb. Bir sıra şimal-qərb əyalətlərində isə yağıntının həcmi 76 santimetr olub. Meteoroloqlar yağıntıların sentyabrın 12-dək davam edəcəyini bildirirlər.

Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub. Bundan əlavə, minlərlə ağac kökündən qopub, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb.

“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.

Paylaş: