22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib

07-09-2024
IMG

“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə yetirilməli olan 330 uçuş ləğv edilib. Bunların 240-ı yerli, 70-i isə beynəlxalq uçuşdur.

Fhnews.az Vyetnam mediasına istinadla xəbər verir ki, uçuşlar paytaxt Hanoy, Hayfon və Thosuan şəhərləri, Kuanqnin əyalətindəki hava limanlarında ləğv edilib.

Proqnozlara görə qasırğa ölkənin şimal hissəsində, o cümlədən paytaxtda təsirli olacaq. Bu səbəbdən 5,6 milyon şagirdin təhsil aldığı məktəblərdə dərslər dayandırılıb. Qasırğanın törədə biləcəyi fəsadlarla mübarizəyə və qabaqlayıcı tədbirlərə 457 min hərbi qulluqçu, 10 min texnika cəlb olunub.

Meteoroloqlar “Yaqi” qasırğasının güclü külək və 400 millimetrlik yağıntı gətirəcəyini proqnozlaşdırıb.

Paylaş: