Vyetnamda körpü çökdü
Dünən Vyetnama çatan və son 10 ildə bölgəni vuran ən güclü qasırğalardan biri olaraq xarakterizə edilən “Yagi” tayfunu intensivliyini itirsə də təsirini davam etdirir. Ölkənin şimalındakı Phu Tho əyalətində yerləşən Phong Chau körpüsü “Yagi” tayfunu zamanı küləyin gücünə tab gətirə bilməyərək avtomobillərin keçidi zamanı çöküb.
Vyetnam Baş nazirinin müavini Ho Duc Phok Qırmızı çay üzərindəki körpünün qasırğa səbəbiylə uçması zamanı körpünün üstündən keçən 10 avtomobil və 2 skuterin çaya düşdüyünü açıqlayıb.
Ho Duc Phoc hadisədə can itkisinin olub-olmamasının hələlik məlum olmadığını bildirib və 3 nəfərin yaralandığını, 13 nəfərin isə itkin düşdüyünü bildirib. Baş nazirin müavini açıqlamasında 375 metrlik körpünün bir hissəsinin hələ də dayandığını və ən qısa zamanda ponton körpüsünün tikintisinə göstəriş verildiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...