22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Vüqar Mustafayev “ADEX-2024” və “Securex Caspian” sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib

25-09-2024
IMG

“ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Sərgi zamanı V.Mustafayev, həmçinin Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edilib. Eyni zamanda, iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra V.Mustafayevin İsrailin Müdafiə Nazirliyinin “SİBAT” təşkilatının baş direktorunun müavini xanım Shahar Horev Rachela və regional direktoru xanım Yana Sherman ilə görüşü olub. Danışıqlar zamanı İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

Nazir, həmçinin Ruminyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Aparatının rəhbəri Rizvan Pirkilibesku ilə görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, “ADEX-2024” və "Securex Caspian" sərgiləri sentyabrın 26-da yekunlaşacaq.

Paylaş: