Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev İpək Yolunun Serial Nominasiyası üzrə Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına dair onlayn iclasda iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, iclasda UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun nümayəndələri, həmçinin Qazaxıstan, Özbəkistan, Azərbaycan və Yaponiyadan olan ekspertlər iştirak ediblər.
Tədbirdə UNESCO/Yaponiya İnamlı Fondlar layihəsinin “İpək Yollarının Ümumdünya İrsi Namizədliyi Prosesinə Dəstək” layihəsinin III fazasının gedişatı müzakirə edilib.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin bu ilin sonunda Bakıda “İpək Yolu: Volqa-Xəzər dəhlizi” ikinci subregional konfransının keçirilməsi təklifi bəyənilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...