Virciniyada ştatında partlayış nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
ABŞ-ın Virciniya ştatının Sterlinq şəhərindəki evlərin birində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində yanğınsöndürmə xidmətinin bir əməkdaşı həlak olub, 11 nəfər isə yaralanıb.
Fhnews.az BNN Breaking agentliyinə istinadla xəbər verir ki, sakinlər axşam yerli vaxtla saat 19:40 radələrində yanğınsöndürmə idarəsinə zəng vuraraq evdə qaz sızıntısının olduğunu bildiriblər. Yanğınsöndürənlər hadisə yerinə gəldikdən təxminən yarım saat sonra evdə partlayış baş verib. Nəticədə bir yanğınsöndürən həlak olub, bir neçə nəfər isə dağıntılar altında qalıb. Yaxınlıqda yerləşən evlərə ziyan dəyib.
Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara yardım göstərib. İnsidentlə bağlı araşdırma başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...