Vikinqlər dövrünə aid 50-yə yaxın skelet tapılıb
Danimarkada Vikinqlər dövrünə aid ipuçlarını ehtiva edə biləcək qeyri-adi dərəcədə yaxşı qorunmuş təxminən 50 skelet aşkar edilib.
“Associated Press” xəbər agentliyinin məlumatına görə, Danimarkanın Odense bölgəsindəki Aasum kəndində elektrik xəttinin yenilənməsi işləri çərçivəsində aparılan qazıntılar zamanı bir skelet tapılıb.
Arxeoloqlar təxminən 6 ay ərzində 2 min kvadratmetrlik qəbiristanlıq sahəsində qazıntı işləri aparıblar.Bu zaman 50-yə yaxın skelet aşkar edilib.
Qazıntıya rəhbərlik edən arxeoloq Maykl Borre Lundo aşkar edilmiş skletleri çox maraqlı tapıntı kimi qiymətləndirib.
Lundo tapıntıları elmi kəşflər üçün tamamilə yeni alətlər qutusu adlandırıb və əlavə edib ki, bütün skeletlərdə DNT analizi edə bilərik.
Mütəxəssislər qazıntı zamanı Vikinqlər dövründən qohumluq və köç də daxil olmaqla sosial nümunələri araşdırmağı və DNT analizi ilə həyat hekayələri yaratmağı hədəfləyirlər. Milanın 793-1066-cı illəri arasında Vikinqlər dövründə "Vikinqlər" kimi tanınan Skandinaviyalıların Avropadakı koloniyalarını fəth edərək ticarət etdikləri bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...