22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Venesiyada turistlərə məhdudiyyətlərin tətbiq olunacağı tarix açıqlanıb

08-01-2024

Dünyanın ən gözəl şəhərləri siyahısında yer alan İtaliyanın Venesiya şəhərində turist qruplarına tətbiq olunacaq məhdudiyyətlərin tarixi açıqlanıb.

Fhnews.az xəbər verir ki, Venesiya Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən etibarən 25 nəfərdən çox olan turist qruplarının şəhərin tarixi mərkəzinə, həmçinin Murano, Burano və Torçello adalarına səyahətinə icazə verilməyəcək. Qərar davamlı turizmi təşviq etmək və şəhər sakinlərini qorumaq məqsədi daşıyır.

Bundan başqa, hazırda şəhərdəki bələdiyyə muzeylərinə girişdə 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Həmçinin meqafonlardan istifadə və yüksək səsli bələdçilik xidmətləri də qadağan olunub.

Qeyd edək ki, 70 il əvvəl Venesiyanın mərkəzində əhalinin sayı təxminən 175 min nəfər olduğu halda indi bu rəqəm 50 mindən aşağı düşüb. Şəhərdə turistlərin yerləşdirilməsi üçün çarpayıların sayı da əhali sayını üstələyib. Bu, bəzi evlərin turizm obyektinə çevrilməsi və daşınmaz əmlakın bahalaşması kimi səbəblərdən əhali arasında narahatlıq yaradır.

UNESCO isə Venesiya şəhərinin təhlükədə olan dünya irsi siyahısına salınmasını dəfələrlə tövsiyə edib.

Paylaş: