22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Venesiyada 25 nəfərdən çox turist qrupları qadağan ediləcək

31-12-2023

İtaliyanın məşhur Venesiya şəhərində kütləvi turizmin şəhərə təsirini azaltmaq üçün 25 nəfərdən çox turist qruplarına və səsgücləndiricilərdən istifadəyə qadağa qoyulacaq. Yeni qaydalar iyun ayından qüvvəyə minəcək.

Şəhərin təhlükəsizlik rəsmisi Elisabetta Pesce bildirib ki, məqsəd tarixi mərkəzdə təşkil olunmuş qrupların idarə olunmasını təkmilləşdirməyi hədəfləyir. Sentyabr ayında Avropanın ən çox ziyarət edilən yerlərindən biri olan kanal şəhəri olan Venesiyada gündəlik ziyarətçilərdən 5 avro alınması təsdiqlənmişdi.

İtaliya Milli Statistika İnstitutunun məlumatına görə, 2019-cu ildə şəhərə gələn turistlərin sayı 13 milyon olub və gələn illərdə ziyarətçilərin sayının pandemiyadan əvvəlki səviyyələri keçəcəyi gözlənilir.

Etiketlər:
Paylaş: