22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Venerada təəccüblü kəşf

20-07-2024
IMG

Alimlər Günəş sisteminin ikinci ən isti planeti olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementlər tapıblar. Astronomlar Havaydakı Ceyms Klerk Maksvell Teleskopunun  Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmos Agentliyinin  1978-ci ildə buraxılmış "Pioner Venera 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar.

Araşdırmada təxminən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib. London İmperial Kollecindən Dave Clementsin rəhbərlik etdiyi heyət fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün Havaydakı Ceyms Klerk Maksvell Teleskopunun Venera layihəsinin məlumatlardan istifadə ediblər. 

Klements qeyd edib ki, onlar Pioneer Venus zond məlumatlarına uyğun olaraq təxminən 55, 56, 57 kilometr yüksəkliklərdə milyonda bir hissə səviyyəsində fosfin aşkar ediblər. 

Qayalı planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Tapıntı Venerada həyatın olduğunu sübut etmir, lakin alimlər orada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar.

Qeyd edək ki, Veneranı əhatə edən buludlarda hidrogen və fosfor atomlarından ibarət fosfin molekulları ilk dəfə 2020-ci ilin sentyabrında aşkar edilmiş və tapıntı Çilidəki Atacama Large Millimeter Array tərəfindən təsdiqlənmişdir.

Paylaş: