22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Varşavadan Nyu-Yorka uçan təyyarə bomba xəbərinə görə geri qayıdıb

12-08-2024
IMG

Varşavadan Nyu-Yorka uçan Polşanın LOT aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması barədə yayılan xəbərə görə geri qayıtmağa məcbur olub.

Fhnews.az xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

“Təyyarənin göyərtəsində potensial təhlükə barədə siqnal aldıqdan sonra kapitan prosedura uyğun olaraq Varşavaya qayıtmaq qərarına gəlib”, -deyə məlumatda bildirilib. Polşa paytaxtına eniş etdikdən sonra bütün sərnişinlər təyyarədən təxliyə edilib, uçuş isə təxirə salınıb.

Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində polis 8 nəfəri saxlayıb, onlara “təyyarədə bombanın olması barədə yalan xəbərdarlıq etmək” ittihamı irəli sürülüb.

Paylaş: