Varşavada şəhərətrafı qatarların maşinistləri tətilə başlayıb
Polşanın paytaxtı Varşavada şəhərətrafı qatarların maşinistləri maaşlarının 800 zlotı (təxminən 200 dollar) artırılmasına nail ola bilmədikləri üçün ümumi tətilə başlayıblar.
Fhnews.az Polsat telekanalına istinadla xəbər verir ki, “Kolei Dojazdowskie” dəmir yolu kompaniyasının işçiləri tələbləri təmin olunana qədər tətili davam etdirəcəklərini bildiriblər. Onlar pik saatlarda – yerli vaxtla saat 06:00-dan 08:00-a və 15:00-dan 17:00-dək şəhərətrafı qatarların hərəkətini dayandırırlar. Tətildən ən çox paytaxtın cənub-qərb bölgəsinin sakinləri əziyyət çəkir. Varşavanın digər daşıyıcıları adi rejimdə fəaliyyətlərini davam etdirir.
“Kolei Dojazdowskie” dəmir yolu kompaniyasının rəhbərliyi maşinistlərin maaşlarını ayda 500 zlotı (125 dollar) artırmağa razı olsa da, həmkarlar ittifaqı bu təklifi rədd edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...