22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Valensiyada infrastruktur dağılıb, şəhər yerlə-yeksan olub

30-10-2024
IMG

İspaniyanın Valensiya şəhərində yollar və bütün ərazilər su altında qalıb, bu da xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, hərəkəti məhdudlaşdırır.

Valensiya və ətrafında güclü yağışların səbəb olduğu dağıdıcı daşqının fotoları yayılıb.

Gündəlik yağıntının səviyyəsi illik həcmə bərabərdir. Daşqınlar infrastrukturu məhv edib, yaşayış sahələrini su basıb, rabitə əlaqəsində fasilələrə səbəb olub, sakinləri elektriksiz qoyub. Yolların su basması səbəbindən xilasetmə əməliyyatlarında çətinliklər yaranıb.

Pikanya kimi sahil rayonlarında küçələr palçıqla örtülüb.

Qeyd edək ki, faciə ilə əlaqədar region hakimiyyəti üç günlük matəm elan edib. Xilasetmə xidmətləri itkin düşənləri axtarışını davam etdirir.

Valensiyada əsl "avtomobil qəbiristanlıqları" meydana çıxıb. Fotolarda da məlum olur ki, şəhər sakinləri çaşqınlıq içindədirlər və sığınacaq axtarmağa tələsirlər.

Paylaş: